YALAN YERİMƏSƏ DƏ AYAQ TUTA BİLİR
Bu gün (26 avqust 2010) UEFA futbol liqasının 4-cü təsnifat mərhələsi üzrə oyunların təkrar matçları keçirilir . İlk oyunda rəqibiAlmaniyanın «Borussiya» komandasına yenilən «Qarabağ»a bugünkü oyunda uğurlar arzulayır və ümid edirik ki , o, rəqibinə layiqli cavab verəcəkdir.Bir həftə əvvəl Almaniyada 4:0 hesablı ağır məğlubiyyətin səbəbləri barədə danışanda futbol ictimaiyyəti daha çox alman azarkeşlərin çılğınlığı və bizim furbolçuların 80 min nəfərlik stadionda guruldayan səs-küyə öyrənmədiklərini göstərirlər. Bunun nə dərəcədə həqiqətə uyğun olub-olmamağı barədə qəti fikir söyləmək düzgün olmazdı. Amma bir məsələ dəqiqdir ki , oyundan əvvəl bəzi rəsmi və qeyri-rəsmi şəxslərin hay-küyü, necə deyərlər, «hapa-gopa» basmaqla «dənizdə tufan» illüziyası yaratmaq səyləri həqiqət olsaydı həmin səs-küy də komandamızın xeyrinə daha az olardı.
Məsələ burasındadır ki,
II Elat Mədəniyyəti Günü-Doğma Yurda Qayıdış
Zorla yoğrulan xəmir
Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycanda fəaliyyət göstərən “Borçalı” cəmiyyətinin doğma yurda qayıdışla bağlı həyata keçirdiyi tədbir bu günlərdə qonşu respublikanın Başkeçid yaylağında baş tutdu. Ötən il böyük ümidlərlə, çal-çağır və yerli hakimiyyət orqanlarının iştirakı ilə keçirilən ilk yığıncaqdan sonra yurda qayıdışla bağlı canlanmanın açıq-aşkar hiss edilməsi bu vacib işin inkişaf etdirilməsi tələbini gündəmə gətirmişdi. Məhz buna görə də cəmiyyətin sədri Zəlimxan Məmmədli yorulmadan, səylə tədbirin daha geniş koordinatları əhatə etməsinə çalışırdı.
Tədbir baş tutdu. Ötən ilki tək “Başkeçid” yaylağında yüzlərlə qonağın, minlərlə yerli sakinin iştirak etdiyi mədəniyyət günündə arzular dilə gəldi, son bir ildə tək Dmanisi rayonunda iyirmiyədək azərbaycanlının doğma yurd-yuvasına qayıtması, dədə-baba yurdunu dirçəltməsi, soykökündən ona yadigar qalan torpağa sahib durması barədə ağızdolusu danışıldı.Məclisin söz ustası Borçalı torpağının həmişəcavan və həmişəyaşar övladı, folklorşünas alim Elxan Məmmədli idi.
JURNALİSTİKAMIZIN 135 İLLİYİ
YANLIŞLIĞIN ETİRAFI
II məqalə
Açığı, birinci kursda oxuyanda ən çox zəhləmiz (bu sözə görə min kərə üzr istəyirəm, amma, nə edim, olanı yazıram) gedən şəxs Əliş müəllim idi : Əliş Nəbili.
Fakültəyə təzə gələn bütün tələbələr kimi biz də bu versiyanı avtomatik qəbul etmişdik, çünki o, fakültə partiya təşkilatının katibi idi. 1976-cı il mart ayının 21-də sovet imperiyası əleyhinə keçirilən ilk mitinqlərdən birinə bizim fakültədən və qrupdan da bir neçə etibarlı şəxs dəvət edilmişdi. Həmin tədbiri partizansayağı həyata keçirdik, çünki universitet rəhbərliyi başda partiya təşkilatı olmaqla mitinqin keçirilməsinə hərtərəfli mane olmağa çalışırdı. Təbii ki, jurnalistika fakültəsində partkom kimi Əliş Nəbili komsomol təşkilatı katibi Əli Səmədova (ΙV kurs tələbəsi) yuxarıların “şuluqluq salmamaq” haqda xüsusi tapşırığını çatdırmışdı və bununla bizi daha da qeyzləndirmişdi.
Birinci kursun yay imtahan sessiyasında baş verən qalmaqal isə onu mənə az qala düşmən səviyyəsinə qaldırmışdı.
JURNALİSTİKAMIZIN 135 İLLİYİ
...BURA BAŞQA FAKULTƏLƏRİN TAYI DEYİL
ADU-nun (BDU) jurnalistika fakültəsinin 1975-80-ci illər dövrünə nifrət içərisində hörmət və məhəbbətlə
Yaşımızın qan-qan deyən vaxtları idi. Diplomların dəbdə və gücdə olduğu və “mənim uşağım filan yerdə oxuyur” devizi ilə ailəvi sözatma, eyhamvurma, nazsatma və daha nə bilim nələrin təzahürü ilə “ölüm-dirim” yarışının getdiyi ötən əsrin 70-ci illərinin tən ortasında jurnalistika fakültəsinin birinci kurs tələbəsi olmuşdum. Yox, elə düşünməyin ki, sivilizasiyaya aparan bu rəqabətə tənə-zad edirəm. Əsla! Nədəndir ki, indi çoxlarının xatirində sovet təlim-tərbiyəsi haqlı olaraq fetişləşib və lənətə gəlmiş imperiya sisteminin nadir müsbət tərəflərindən biri kimi qiymətləndirilir. Hər nə isə... Məqsəd bu deyil...
I məqalə
DÜNYAYA NARAZI BAXIŞ!
Bu yaxınlarda rəhmətlik Famil Mehdinin xatirələrini oxudum və qayıtdım o illərə, yalnız ölmüşkən diri və diriykən diri müəllimlərimizi xatırladım, çünki həyata olan istehzadan və ürəyimin yuxalığından “diriykən ölü”lərlə heç vaxt işim olmayıb.
Daşın daş, insanın qan yaddaşı
esse
Hardan ağlıma gəldi bu fikir... Qəribə idi, bəs, bu vaxtadək niyə düşünməmişdim bu haqda... Hər nə isə fikir gəlmişdi və yoğrulub son halına salınmalıydı.
Ağlıma gələn DAŞ abbreviaturasının gözlənilməz açılışı idi: D-dil, A-ağıl, Ş-şüur!
İnsan adlı varlıq gözünü açıb dünyanı görəndə onu qarşılayan təbiət oldu:öz bakirə dağları, daşları, çayları, meşələri, ənginliyilə. Onun həyatı buradan ilgilənməliydi. Amma nədən başlamalı? Düşündü.., çarpışdı, vuruşdu və tapdı: DAŞdan.
O öz tapıntısını taleyinə tən tutdu.
Daşı daşla daşlayıb qığılcım qopardı, od əldə etdi, qar-çovğundan, böyük buzlaq dövrünün öldürücü şaxtasından özünü qorudu, məhv olmadı. Daşı daşa çırpıb parçaladı, bu parçalar içərisindən təsəvvürünə uyğun kəsici alət-çapacaq düzəltdi. Bu çapacaqlarla ov ovladı, quş quşladı, ac qalmadı. Daşı daş üstə qoyub dam ucaltdı, ev-eşik qurdu.
Hər bir dövrün də öz dövranı, hər bir insan cəmiyyətinin özünəməxsus xüsusiyyətləri.NANO-REALLAŞAN FANTASTİKA
və ya çoxlarının hələ dərk edə bilmədiyi elmi səviyyə
Müsahibim “Razvitiye” Azərbaycan-Rusiya-Türkiyə-Avstraliya Birgə Müəssisəsi”nin prezidenti, texnika elmləri namizədi Şoqu Novruzovdur.
NANO nədir? Bu dörd hərfin daşıdığı elmi mahiyyət çox dar elmi və rəsmi dairədə məlum olsa da, geniş ictimaiyyətə açıqlanmır. Səbəb çox sadədir: dərk etmək, anlamamaq dərdindən ehrimal olunan fəlakətin qarşısını almaq. Səbəb sadə olsa da arxasında duran mürəkkəbliklər çoxdur. Qəribəsi isə odur ki, bu mürəkkəbliyin biri də insanı ömür boyu izləyən “nə üçün?” sualına müasir düşüncənin malik olduğu sərhədlər hüdudunda cavab verməkdir. Tədqiqatların cəlbedici tərəfi isə insane münasibətləri, insanın ruhi aləmi, bütövlükdə cismində və dünyagörüşündə indiyədək baş verən təbəddülatların xarakterinə yeni izahetmə sisteminin formalaşmasıdır. Bu system bizə imkan verir ki, Yaradanın xəlq etdiyi aləmi Quran ayələrində izahını daha dərindən mənimsəyək.
-Elmin yeni səviyyəsi, daha dəqiq desək NANO texnalogiyası nəyin bazasında yaradılıb?
-Bu, konkret olaraq enerjidir. Enerji gücdür, qüvvətdir, inkişafdır, həm də dəhşətdir. Dünyanı enerji idarə edir.
-Xeyir və şər, isti və soyuq, müsbət və mənfi, sağlamlıq və xəstəlik... tanış oplduğumuz eimi-fəlsəfi baxışlara görə bu iki bir-birini inkar edən zidd əlamət dünyanın yaradılışından yanaşı olub. NANO texnalogiyasının elmi baxışlar sistemində bu qoşalığın izahı varmı?
DAR GÜNÜNƏ GÜN AĞLA
Hekayə
İbrahim kişinin qonaqları vardı. “Qonaq” deyəndə bir az yekə çıxır, əslində birgə işlədiyi Əmirlə Ənvəri əriştə yeməyə dəvət etmişdi evə. Arvadı Sədəfin əli duzlu idi, bişirdiyi xörəklərin dadı damaqdan getməzdi və getsəydi də yaddan çıxmazdı.
Qışın bu oğlan çağında da dünəndən yağan qar onun könlünə əriştə sevdası salmışdı. Amma fikirləşmişdi ki, əriştəni tək yemək ləzzət eləməz, gərək bir-iki nəfərlə nuş edəsən, özü də stol başında yalnız kişi xeylağı olmalıdır. Yox, o, stol başında arvadların da oturmasına qısqanan kişilərdən deyildi. Ancaq nə edəsən ki, kişi kişidir də, hərdənbir əriştə kimi xörəkləri tam sərbəst nuş etmək üçün sırf kişi məclisinə ehtiyac duyulur.
Qonaqlar yerlərini rahatlayan kimi əriştə iri nimçələrdə buğlana-buğlana stola gətirildi. Amma nimçələr iri olmalarına rəğmən tez boşaldı. Bayırın şaxtası kişilərin gözünü bərk qorxutmuşdu və dilləri pörşələnə-pörşələnə hortultu ilə içəri ötürdükləri əriştənin dadlı həlməşiyi canlarını qızdırdıqca yanaqları da allanır, bədənlərinin qırışığı getdikcə açılaraq kürsüyə yayılırdı.
“İdeal ailənin formulu:ənənəvi dəyərlər və müasirlik”
MÜASİRLİYİN FƏSADLARI Və ya ailə cəmiyyətdən su içir
Həyatın hüceyrəsi olan ailənin xarakteri və inkişafı hər bir cəmiyyətin qarşısında duran ən qlobal problemlərdən biri, bəlkə də birincisi olmuş, olmaqdadır və olacaqdır. Sadəcə, hər bir inkişaf pilləsində bu problemlərin xarakteri dəyişmiş, aktuallığı isə qalmışdır. Mən bu məqalədə çoxşaxəli ailə məsələlərinin bir qolu - ənənəvi münasibətlər və müasir dünyagörüşünün bir-birinə qarşılıqlı təsiri, habelə bəzi təcrübi-psixoloji məqamları qeyd edəcəyəm.
Bu gün inkişaf etmiş əksər qərb ölkələrində bu məsələ o qədər də dəbdə deyildir. Çünki, həmin ölkələrdə daha vacib və təxirəsalınmaz problem cəmiyyətdə gedən demoqrafik dəyişikliklərin idarə olunmasıdır. Bu ölkələr artıq öz tarixlərinin elə bir dövrünü yaşayırlar ki, mənəvi ünsiyyət çərçivəsi, başqa sözlə, mənəvi meyarlar kodeksi dağılaraq öz əhəmiyyətini itiribdir. İnsanlar daha çox instinkt və yalnız həzz almaq üçün mənəvi yaxınlıq edirlər. Bu isə nəticə etibarilə ailə qurulmasına yox, fərdin seksual ehtiyaclarının ödənməsinə xidmət edir.
“YENİLƏŞMƏ” NƏ VƏD EDİR
Müstəqil siyasi analitik Novruz Novruzovun Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzinə müsahibəsi
-Novruz bəy, Yenilənmiş Madris prinsipləri Azərbaycan üçün nələr vəd edir?
-Əgər “yeniləşmə” haqda verilən məlumatlar yalnız deyilənlərdən ibarətdirsə, prinsip etibarilə əvvəlki variantdan elə bir fərqi yoxdur. Sadəcə, mətndə “13 kənd” ifadəsi yer alıb ki, bu da əsaslı bir əhəmiyyətə malik deyil. Yox, əgər mətnin ictimaiyyətə açıqlanmayan tərəfi varsa bu, başqa məsələdir. Amma güman etmirəm ki, mətndə nə isə böyük əhəmiyyətə malik gizli müddəalar yer alsın.
Allah adamı
Qırx astana keçdin, qırx bahar, qırx qış,
Ömür dediyimiz bir qanadlı quş,
Dolanbac yollarda başın nə çəkib,
Vədəsiz ağaran saçından soruş

